Azərbaycan və Rusiya arasında şəxsiyyət vəsiqəsi ilə səyahət mümkün olacaq?
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin mümkünlüyünə münasibət bildirib.
Pravda.az-ın məlumatına görə, o bildirib ki, Azərbaycan və Rusiya MDB-yə üzv ölkələrdir.
“Təbii ki, gediş-gəlişin şəxsiyyət vəsiqəsi ilə təmin olunması yaxşı olardı”, - A. Overçuk vurğulayıb.