azia.az
azia.az

Xələf Xələfov “3+3” formatında keçirilən ilk görüşün nəticələri haqqında

10-12-2021, 21:37

Xələf Xələfov “3+3” formatında keçirilən ilk görüşün nəticələri haqqında
Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclasında növbəti müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi qərara alınıb.
Xələf Xələfov “3+3” formatında keçirilən ilk görüşün nəticələri haqqında
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskvada keçirilmiş “3+3” formatında görüşlə bağlı deyib.

Nazir müavini bildirib ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər.

"Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq. Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər. Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq".

Qeyd edilir ki, bugünkü iclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.

Həmçinin Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi