azia.az
azia.az

Ankarada Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək

8-10-2021, 09:18


Ankarada Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək
Oktyabrın 8-i Anakarada Türkiyə və İran Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Yerli KİV-lərin yaydığı məlumata görə, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, siyasi məsləhətləşmələrdə iki ölkənin nümayəndə heyətlərinə XİN rəhbərlərinin müavinləri Sedat Onal və Ali Baqeri Keni rəhbərlik edəcəklər. Məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi