Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.az-a faktı təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.
Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.