Nazir sabiq müavinə vəzifə verdi
Azərpoçt MMC-nin baş direktorunun sabiq müavini Hacı Hacıyev yeni vəzifəyə təyin edilib.
Azia.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, Hacı Hacıyev AzInTelecom MMC-nin baş direktorunun korporativ idarəetmə üzrə müşaviri təyin olunub.