azia.az
azia.az

"Paşinyan zəng edib İlham Əliyevə deməlidir ki..."

14-11-2020, 13:16

Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasınını əks etdirən videogörüntüləri şərh edib.

Naumov deyib ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan qürurunu udmalı, İlham Əliyevə zəng etməlidir:

“Ona deməlidir ki, İlham Heydər oğlu, ən əsası – torpaq yox, insanlardır, xahiş edirəm, gəlin elə edək ki, gedən insanlar sakit, normal getsinlər, onları heç kim incitməsin. Ola bilsin, bəli, orada olan kilsələrdəki xaçlar qalsın, çünki ən əsası – insanlardır, torpaq yox”.

Naumov, həmçinin xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi