Mütəxəssislər xəbərdarlıq etdi: Bu il qripdən 60 min nəfər ölə bilər
İngiltərə Tibb Elmləri Akademiyasının son açıqlaması əhali arasında həyəcana səbəb olub.
Azia.az bildirir ki, yerli mütəxəssislər qrip xəstəliyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, koronavirusa görə ciddi zərbə alan ölkənin indi də qrip epidemiyası ilə mübarizə apardığı bildirilib.
Bunun tarixin ən böyük qrip epidemiyalarından biri olduğunu deyən mütəxəssislər qorxulu fikirlər səsləndiriblər. Onlar ölkədə qripin ən az 60 min nəfərin ölümünə səbəb olacağını vurğulayıblar.
İngiltərənin baş həkim müavini Conatan Van Tam sərt karantinə görə ötən il qrip xəstəliyinin çox yayılmadığını, bu səbəbdən kütlədə təbii immunitetin zəiflədiyini söyləyib. Van Tam qısa zamanda əhaliyə qripə qarşı vaksin vurdurmasını tövsiyə edib.