azia.az
azia.az

Azərbaycanda COVİD-dən ölənlərin sayı artacaq - Yaxın 10 gündə...

31-08-2021, 14:46

Azərbaycanda COVİD-dən ölənlərin sayı artacaq - Yaxın 10 gündə...
Bunu Azia.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Azərbaycanda COVİD-dən ölənlərin sayı artacaq - Yaxın 10 gündə...
İnfeksionist bildirib ki, yoluxanların sayında yaxın 10 gün ərzində ciddi artım müşahidə edilməyəcək:

"COVİD-in yeni yaranan ştammlarından bəziləri yüksək temperaturda daha çox yoluxduruculuğunu saxlaya bildiyi halda, bəzilərinin yüksək temperatur şəraitində yoluxduruculuğu aşağı enir. Və yaxud da ki, payız, qış aylarında normalda hava damcı infeksiyalarının artmasını gördüyümüz halda, bəzən yeni meydana çıxan ştammlar hesabına yoluxma rəqəmlərinin stabil qalmasını müşahidə edə bilərik. Ona görə konkret bir söz deyə bilmirik ki, bundan sonra rəqəmlər hansı həddə olcaq. Deyə biləcəyimiz odur ki, hazırda renaimasiyalarda yetəri qədər xəstə var və buna görə də yaxın günlərdə ölüm göstəricilərinə də bunun təsir edəcəyini müşahidə edə bilərik.

Azərbaycanda COVİD-dən ölənlərin sayı artacaq - Yaxın 10 gündə...
Epidemioloji vəziyyətin ağırlaşması dedikdə təkcə yoluxanların sayının və ölüm göstəricilərinin artmasını nəzərdə tutmuruq. Buna bir çox amillər təsir edir ki, onu da öncədə tam, qəti bir şəkildə proqnozlaşdırmaq mümkün deyil. Yoluxanların sayını göstərən rəqəmlər həmçinin də laboratoriyaların iş fəaliyyətinin nəticəsi olaraq da aşağı və yaxud yuxarı göstərilə bilər. Yəni laboratoriyalar sonsuz sayda analiz etmək qabiliyyətinə malik deyil. Hər nə qədər də laboratoriya sayı artırılsa da yenə də hər laboratoriya günlük ancaq müəyyən bir sayda analiz, müayinə etmək imkanına malikdir. Ona görə də bu rəqəmlərin yaxın 10 gündə ani olaraq ikiqat, üçqatına yüksələcəyini gözləmirik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi