azia.az
azia.az

Qorxulu demensiya “epidemiyasının” səbəbi açıqlandı

8-10-2020, 11:15


Çirklənmiş havada kiçik zərrəciklər baş beyin hüceyrələrinin disfunksiyasının səbəblərindən biridir. Alimlərin apardıqları araşdırmalar zamanı Mexikoda 1-27 yaş arası 200-ə qədər insanın bu səbəbdən öldüyünü müəyyən edib.
Qorxulu demensiya “epidemiyasının” səbəbi açıqlandı
Alimlər bildirirlər ki, nano hissəciklər gənclərin beyninə düşərək Altsheymer xəstəliyinə səbəb ola bilir. Bu zərrələr bədənə burun və ya bağırsaqdan keçərək qan dövranına, oradan da beyinə çatır, burada isə neyrodegenerativ xəstəliklər üçün xarakterik olan anomal zülalların əmələ gəlməsinə səbəb olurlar.

Daha az çirklənmiş ərazilərdə yaşayan sözügedən yaşda insanlarda belə nevropatoloji dəyişikliklərə rast gəlinməyib.

Tədqiqatçılar hələ də havanın çirklənməsi ilə Altsheymer arasında güclü bir səbəb əlaqəsi qurmasalar da, nanohissəciklərin beyin hüceyrələrinin fəaliyyətini pozduğunu sübut edə biliblər. Onların sözlərinə görə, bu tapıntı ölümcül demensiyanın niyə epidemiya kimi yayılmasını izah edə bilər.

O da qeyd olunur ki, hazırda dünyada 30 milyon insan demensiyadan əziyyət çəkir.

Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.//Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi