"Taclı virus"la bağlı bildiklərimiz səhv imiş - Həkim inanılmaz 16 FAKTI AÇDI
Türkiyənin Doqquz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri, professor Yusuf Şavran koronavirusla bağlı maraqlı paylaşım edib.
Professor artıq virusun həyatımızın bir parçasına çevriləcəyini və mövcud həqiqətə alışmağı vacib sayıb.
O, infeksiya ilə mübarizədə karantin davranışları və qorunmaqla bağlı təlimatlar da açıqlayıb.
Cebhe.info professorun bu məsələdə təlimatlarını təqdim edir:
1. COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.
2. Virusun təsirini yay azaltmayacaq. Artıq Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.
3. Çox su içməklə hüceyrələrə nüfuz edən COVID-19 viruslarını məhv edə bilməzsiniz, sadəcə ayaqyoluya tez-tez gedilir.
4. Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə COVID-19 xəstəsi yoxdursa, evdəki səthləri dezinfeksiya etmək lazım deyil.
5. Yük paketləri, qaz nasosları, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyat sürün.
6. COVID-19, qidadan qaynaqlanan bir infeksiya deyil. Qrip kimi damçı yolu ilə yayılan bir infeksiyadır. Yemək sifarişi zamanı COVID-19 riski yoxdur.
7. Saunaya girmək, hüceyrəyə nüfuz edən COVID-19 viruslarını öldürmür.
8. Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik bir simptomdur.
9. Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və təcili olaraq duş qəbul etməyiniz lazım deyil. Təmizlik paranoya deyil, fəzilətdir.
10. COVID-19 virusu havada asılmır. Yaxın təmas tələb edən bir damla infeksiyasıdır. Hava təmizdir, bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.
11. COVID-19 irqi və ya dini ayırmır, bütün insanlara ötürülür.
12. COVID-19-a qarşı normal bir sabun istifadə etmək kifayətdir, mütləq antibakterial sabunu almayın. Virus onsuz da bakteriya deyil.
13. Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox istəsən, mikrodalğalı sobada bir az isidə bilərsən.
14. COVID-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız, gündə iki dəfə sizə ildırım vurması ilə eynidir. Mən 20 ildir viruslara qarşı işləyirəm, damcı infeksiyası bu cür yayılmır.
15. Sirkə, sumak, soda və zəncəfil içmək yeməklə virusdan qorunmaq olmaz.
16. Əlcək taxmaq pis bir fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır.