Xalq artisti Könül Xasıyeva uzun fasilədən sonra səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, səhhətində problem olan muğam ifaçısı ötən gün baş tutan toy mərasimlərindən birinə qatılıb.
Onun videosunu aparıcı Lətafət Ələkbərova İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əzyyət çəkir və hazırda xəstəxanada müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun “Həyat” xeyriyyə fondu muğam ifaçısının müalicəsinə dəstək olur.
[justify][/justify]