azia.az
azia.az

Musiqili Teatrın aktyoru Xocalı faciəsini Türkiyədə səhnəyə gətirdi

20-12-2016, 15:58

Musiqili Teatrın aktyoru Xocalı faciəsini Türkiyədə səhnəyə gətirdi
Azərəbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.

Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub. Azrəbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə “Adsız qadın” mono-tamaşasının premyerasında iştirak edib. “Xocalı dəhşətlərini, erməni vandallarının Xocalıda törətdiyi ağlasığmaz vəhşilikləri dünyaya bəyan etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan “Adsız qadın” tamaşası, Xocalı faciəsinin bütün dəhşətləri ilə nümayişi böyük maraq doğurdu. Tamaşanın maraqlı cəhətlərindən biri də odur ki, teatr sənəti ilə kino sintez edilib. Tamaşa boyu özündə Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” mono-tamaşa olsa da, mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələrdən istifadə edilib və bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak edirlər. İstanbul Azərbaycan Kültür Evi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tamaşanı Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş etdirməyi planlaşdırır”, - deyə Ə. Lalayev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi