Flora Kərimovaya bıçaqla hücum: Öldürmək istədi və... - VİDEO
"Xəzər TV"-də yayımlanan “Dəyişən cavab” verilişinin ilk ulduz qonağı Xalq artisti Flora Kərimova olub.
Xalq artisti maraqlı açıqlamaları ilə gündəmə gəlib. O, uzun illər həmkarı, mərhum Xalq artisti İlhamə Qulieyva ilə aralarındakə ədavətin səbəbini açıqlayıb:
“Mən iki dəfə ailəli olmuşam, hər ikisində də tabut arxası ilə getmişəm. Üçüncü ailəm isə saxta olub. Çünki mən 20 ilə yaxın xarici ölkədə yaşamışam, hamı qastrol səfərlərinə gedirdi, mənim də adım yazılırdı, amma qoymurdular. İlhamə Quliyeva mənim haqqımda anonim mesajlar yazırdı, mənim üçün deyirdi ki, oxuya bilmirəm. Qızım haqqında isə deyirdi ki, mənim övladım deyil, uşaqlar evindən götürmüşəm. O, bunları məni müğənnilər sırasından çıxartmaq üçün edirdi, amma alınmadı”.
Sənətçi mərhum həyat yoldaşı, məşhur cərrah İbrahim Topçubaşovun ölümü haqqında söhbət açıb:
“Cənazə günü İlhamə Quliyeva bizim evə gəlmişdi, məndən öncə İbrahim ilə İlhamə arasında münasibət olub. Evə daxil oldum, camahat yığılmışdı, səs küy eşitdim. İlhamə otaqdan insanları qovurdu, mən içəri girəndə bıçaq ilə üstümə gəldi, məni öldürmək istəyirdi. Orada olan digər insanlar onu məndən ayırdılar. Onda qadın qısqanclığı var idi, həm sənətimi həm də ailəmi qısqanırdı”.