Millimiz oyuna qara sarğı ilә çıxacaq
Millimiz Belarusla oyuna qara sarğı ilə çıxacaq FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turniri davam edir.
“Qafqazinfo”nun məlumatına görə, sözügedən yarışda çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 9-cu yer uğrunda Belarus yığması ilə qarşılaşacaq.
20 yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaqlar.