ABŞ hərbi gəmilərinin Qara dəniz akvatoriyasında patrul aparması Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir.
azia.az Trend-ə istinadən xəbər verir ki, bu fikir Rusiya Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında yer alıb.
Açıqlamada qeyd olunur ki, təhdid həmin gəmilərdə hansı növ raketlərin olub-olmaması ilə əlaqədardır.