Sfera.az bildirir ki, fotoşəkilləri ilə məşhurlaşacağını gözləyən David Slater, meymunun çəkdiyi selfi səbəbiylə illərlə davam edən məhkəmə prosesində özünü tapıb.
2011-ci ildə David Slater İndoneziyanın Sulavesi adasında bir qrup makaka meymununun şəklini çəkirdi.
Bu zaman Slater kamerasını maraqlı makaka meymunu Narutoya verib. Naruto bir neçə kadr çəkə bilib və bu fotolardan bəziləri viral olub.
Fotoların şirinliyi bütün dünyada böyük marağa səbəb olub. Lakin Slaterin həyatı bu sadə selfi hadisəsi üzündən proqnozlaşdıra bilmədiyi istiqamətə sürüklənib.
2012-ci ildə “Wikimedia Commons” şəkilləri öz platformasına royaltisiz əlavə edib.
Slater fotoşəkillərin silinməsini və ya pulunun ödənilməsini tələb etsə də, “Wikimedia” fotoşəkillərin müəllif hüququnun meymuna aid olduğunu və Slaterin bu fotoşəkillər üzərində hüquqi iddia edə bilməyəcəyini əsas gətirib.
“PETA” işə qarışanda işlər daha da mürəkkəbləşib.
2015-ci ildə heyvan hüquqları müdafiəçisi “PETA” Narutonun hüquqlarını müdafiə etmək üçün Slaterə qarşı iddia qaldırmışdı. “PETA”, fotoşəkillərdən əldə edilən gəlirin meymunun hüquqlarına uyğun olaraq istifadə edilməli olduğunu iddia edir.
Bununla belə, ABŞ məhkəməsi heyvanların müəllif hüquqlarını tələb edə bilməyəcəyinə qərar verib. Bu qərar Slater üçün sərfəli olmayıb, çünki fotoşəkillər hələ də ictimai mülkiyyətə aid və qonorardan azad idi.
Slater hüquqi ödənişlər və biznes itkiləri səbəbindən az qala iflas etdi.
Meymun davası Slateri maliyyə cəhətdən tükəndirdi. Yeni fotoqrafiya avadanlığı almağ pul qalmadığı üçün Slater hətta fotoqrafiyadan imtina etməyi də düşünürdü.
“PETA” və Slater 2017-ci ilin sentyabrında Slaterin fotoşəkillərinin gələcək gəlirlərinin bir hissəsini vəhşi təbiət təşkilatlarına bağışlaması barədə razılığa gəlib.
Belə çıxır ki, selfi həmişə əyləncə ilə nəticələnmir.
Aynil