Bədəninizin ilk yeməyi olaraq almanı seçsəniz, faydalarına təəccüblənəcəksiniz.
Bakupost.az xəbər verir ki, bütün rəngləri ilə dadlı olan almalar hər zaman piştaxtalarda olan meyvələr arasındadır.
Alma C, A, kalium kimi vacib vitamin və minerallarla zəngindir.
Müntəzəm olaraq alma yemək bədəni gücləndirir. İmmunitet sistemini polad kimi edir.
Səhər acqarına alma yeməyin faydaları
Bu meyvə qanı təmizləyir və bədəndən toksinləri çıxarır.
Xüsusilə yaşıl alma ürəkbulanmanı aradan qaldırır və mədədə turşu balansını tənzimləyir.
Almanı ac halda yemək damarları açır, ürək əzələsini gücləndirir, ürəkdə iltihabın qarşısını alır.
Səhər alma yeməyin faydalarından biri də dişlərdə bakteriyanın əmələ gəlməsini önləyir.
Almada olan fruktoza qanla tez qarışır və yuxululuğu aradan qaldırır. Yuxudan oyandıqdan sonra alma yemək sizi ayıldacaq.
Aygün