“Google” şirkəti öz videomessencerini təqdim edib
"Google" şirkəti "Duo" adlı yeni videomessencer istifadəyə verir
Bu videomessencerin əsas özəlliyi olduqca sadə interfeysə malik olmasıdır. Mobil proqramı işə salan istifadəçi ön kameradakı təsviri, həmçinin "videozəng" düyməsini görür. Bu düyməni sıxdıqda kontakt siyahısı açılır və onlara zəng etmək olar.
"Duo" videomessencerində qeydiyyatdan keçmək üçün yalnız telefon nömrəsini daxil etmək kifayətdir. Tərtibatçıların sözlərinə görə, buraxılış qabiliyyətinin avtomatik ölçülməsi və kodeklərin optimallaşdırılması, həmçinin rabitənin əllə tənzimlənməsi imkanı internet qoşulmanın keyfiyyətindən asılı olmayaraq, mobil proqramın sabit işini təmin edəcək.
Yeni messencerin daha bir xüsusiyyəti zəngə cavab verilənədək həmsöhbəti görməyə imkan verən "Knock Knock" funksiyasıdır. (azərtac)