Məşhur Psixoloq Gerald Rogers çətin boşanma prosesindən sonra, Facebook dostları və onu izləyənlərlə münasibətlər və onların itirilməməsi barəsində təcrübəsinə əsaslanaraq, çox təsirli məktub paylaşmışdı. Məktubunu və hisslərini isə, “Çox sevdiyim bir qadını təxminən 16 ildir davam edən evlilikdən sonra itirmiş biri kimi, sizə bəzi tövsiyələr vermək istəyirəm,”yazaraq, təqdim edir. Rogers’in məktubunda verdiyi tövsiyələr olduqca bəyənilib və bəlkə də bu cümlələr bəzi əlaqələri xilas edəcək qədər də təsirlidir.Pahoo.az həmin məktubdan seçilmiş bəzi tövsiyələri sizə təqdim edir:
1. Bir-birinizlə daim ilk sevgili olduğunuz vaxtlardakı kimi flirt edin.
2. Öz qəlbinizin qiymətini bilin. Həyat yoldaşınıza vurulun. Hər dəfə, dayanmadan..
3. Hər zaman bardağın dolu tərəfinə baxmağa çalışın. Sevdiyiniz insanı istiqamətləndirmək, səhvlərini düzəltmək və daima ona ağıl vermək sizin işiniz deyil.
4. Hirsləndikdə onu günahlandırmayın. Onun sizə dediklərində isə sözlərə deyil, sözlərin arxasındakı hisslərə fikir verin.
5. Onu güldürün. Hər gün onun ruhunu bəsləyin. Özünə vaxt ayırması üçün şərait yaradın.
6. Axmaqlıq etməyin. Ona nə qədər dəyər verdiyinizi hiss etdirin.
7. Hər dəfə özünüzü müdafiəyə kökləməyin. Ona qarşı daima açıq və səmimi olmağa çalışın.
8. Birlikdə böyümək və inkişaf etmək əsas hədəfiniz olsun.
9. Bağışlamağı bacarın və heç vaxt sevdiyiniz insana qarşı kin saxlamayın.
10. HƏR ZAMAN SEVGİNİ SEÇİN!pahoo.az