azia.az
azia.az

Silahlı dəstə klip çəkilişində modelləri zorladı

31-07-2022, 09:14

Silahlı dəstə klip çəkilişində modelləri zorladı
Cənubi Afrikada silahlı şəxslərdən ibarət dəstə videoklipin çəkiliş meydançasında səkkiz modeli zorlayıb. Hadisə ölkənin Qautenq əyalətindəki qanunsuz mədəndə baş verib.
Məlumata görə, qızlar qaçmağa çalışsalar da, təcavüzkarlar onları atəş açmaqla hədələyiblər.

Cinayətkarlar modelləri və çəkiliş qrupunun digər üzvlərini yerə uzanmağa məcbur edib, bundan sonra onların mobil telefonlarını, pullarını və qızıl-zinət əşyalarını götürüblər.

Polis hadisə yerinə gələndə atışma baş verib və nəticədə silahlılardan biri öldürülüb. Digər 17 cinayətkar isə qaça bilib.

Həmçinin, 65 qanunsuz mədənçi həbs edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi