azia.az
azia.az

50 günə qədər durmadan işləyən ağıllı saat satışa çıxarıldı

10-07-2022, 08:28

50 günə qədər durmadan işləyən ağıllı saat satışa çıxarıldı
Çin markası “Kospet” bazarda açıq hava həvəskarları üçün möhkəm korpusda “Tank M1 Pro” smart saatını təqdim edib.

Xəbər verilir ki, modelin əsas xüsusiyyətlərindən biri müəyyən şərtlərdə enerji doldurmadan 50 günə qədər işləyə bilməsidir.

Xarici təsirlərə qarşı müqavimətlə yanaşı “Tank M1 Pro” 320 × 280 piksel təsvir ölçülü 1,72 düymlük IPS ekranla təchiz edilib. O, Android 6.0, iOS 9.0 və daha yeni əməliyyat sistemi olan istənilən smartfona qoşulur.

Saatda 24 idman rejiminə dəstək, ürək döyüntüsünü və qanda oksigeni ölçmək üçün sensorlar, həmçinin yuxuya nəzarət funksiyası var. Şirkətin internet mağazasında saatın qiyməti 60 ABŞ dollarıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi