azia.az
azia.az

“Facebook” videoları üçün yeni funksiya gəlir

26-10-2016, 15:07

“Facebook” videoları üçün yeni funksiya gəlir“Facebook” şirkətinin istehsal şöbəsinin rəhbəri Kris Koks “WSJDLive” konfransında sosial şəbəkə üçün yeni unikal filtri təqdim edib

Lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, filtrin köməyi ilə istifadəçilər videonu əsl sənət əsərinə çevirə biləcəklər.


Filtrin fəaliyyətini “Facebook” əməkdaşı bu günlərdə ABŞ-ın Kaliforniya ştatının Laquna-Biç şəhərində keçirilmiş “WSJDLive” konfransının iştirakçılarına əyani nümayiş etdirib. Real vaxt rejimində K. Koks videoya çəkdiyi tədbir iştirakçılarını gözəl bir təsvirə çevirib.

“Facebook” mütəxəssisi bildirib ki, yaxın vaxtlarda yeni funksiya ilə “Facebook Live videos” xidmətinin bütün istifadəçiləri istifadə edə biləcəklər. Ancaq o, yenilin tətbiq olunacağı tarixi açıqlamayıb.
K. Koks qeyd edib ki, şirkət mütəmadi olaraq müştərilər üçün faydalı və maraqlı olacaq yeni proqramların tərtibatı ilə məşğuldur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi