“Vicdanla, qeyrətlə oyun olmaz”
“Məni tanıyırsan? Mənə sözün varsa, gəl çıx üzbəüz. Sizin Elxanın (həyat yoldaşı - red.) qeyrətinə sözünüz var? Vicdanıma, qeyrətimə sözü olan qarşıma gəlsin”
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “10-dan sonra” verilişində deyib.
Həyat yoldaşı Elxanla fotosunu paylaşan muğam ifaçısı sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib:
“Mən necəyəmsə, o cür də danışıram. Xalqımı çox istəyirəm. İçərisindən birinin başı xarabdırsa, gəlib ağzına gələni yazırsa, hamı günahkar deyil. Tənqidi yazanlara deyirəm ki, mənim yanımda özünüzü ağıllı hesab edə bilməzsiniz. Heç kimə ilişməmişəm, özümü həmişə qalmaqaldan gözləmişəm. Bir ad gününə getmişdik, həyat yoldaşımla fotomuzu çəkdilər. Altından elə fikir yazdılar ki... Kiminsə qeyrətimə şübhəsi varsa, qarşıma gəlsin. Vicdanla, qeyrətlə oyun olmaz".