azia.az
azia.az

"Balaca Azərbaycan"da məmurun mənzilinə od vurdular

3-12-2021, 18:09

"Balaca Azərbaycan"da məmurun mənzilinə od vurdular
Sverdlovsk vilayətində yerli məmurun mənzilinin giriş qapısını yandırmağa cəhd ediblər. Rusiya KİV-lərinin yaydığı məlumata görə, hadisə Maxnyovo qəsəbəsində baş verib. Maxnyovo azərbaycanlıların sıx yaşadığı ərazi olduğuna görə yerli əhali onu “Balaca Azərbaycan” adlandırır. Yerli administrasiyaya yaxın mənbə “FederalPress”ə bildirib ki, bələdiyyə işçisi bələdiyyənin kadr təminatı ilə məşğuldur: “Xoşbəxtlikdən alov tez bir zamanda söndürülüb. Yerli sakinlər hadisəni Maxnyovo kənd administrasiyasının keçmiş rəhbəri Janna Leontyyevanın işdən çıxarılması ilə əlaqələndirirlər", - deyə agentlik mənbəsi bildirib.

Qeyd olunur ki, eks-məmurun meriya rəhbərliyi ilə münaqişəsi olub və bələdiyyənin rəhbəri Aleksey Korelin onunla müqaviləni yeniləməyib. Eyni zamanda, bildirilir ki, təxminən ay yarım əvvəl, bir kənd toplantısı zamanı Leontyevanın əri yerli Dumanın deputatı Andrey Buzanı hədələyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi