Elm adamları heç vaxt xərçəng xəstəliyinə tutulmayan Hunza türkləri ilə bağlı araşdırma aparır
Hunza xalqı heç vaxt əsəbiləşmir, səbirsizlik göstərmir, heç bir hadisə qarşısında üzüntü və təəssüf hissi keçirmir.
Məlumat verilir ki, Hindistan və Pakistanın sərhəd ərazilərində yaşayan Hunza türkləri elm adamları tərəfindən öyrənilir. Alimlərin marağına səbəb olan hunzaların 110-120 il yaşaması, yaşadığı illər ərzində ciddi xəstəliklərə tutulmamasıdır. Hamısı müsəlman olan hunzalılar üçün 65-70 yaş ömür yolunun yarısı hesab olunur. Onların qadınları 65-70 yaşlarında övlad dünyaya gətirirlər. 100 yaşında ölənlərin gənc yaşda vəfat etdiyini deyirlər.
Hunza türklərinin alimlərin marağını cəlb edən ən maraqlı tərəflərindən biri bu xalqın nümayəndələrinin heç bir zaman xərçəng xəstəliyinə tutulmaması ilə bağlıdır. Onlar tez-tez rast gəlinən digər xəstəliklərə də tutulmurlar. Elm adamları buna səbəb kimi onların dəniz səviyyəsindən 6 min metr yüksəklikdə daha təmiz havada yaşamalarını da göstərirlər. Onlar ancaq öz əkib-biçdikləri məhsullardan istifadə edirlər.
Qeyd edək ki, Hunza vadisi 7900 kvadratmetrdir.