Cəbhədən son xəbər: vəziyyət gərgin və stabildir
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir
Təmas xəttində vəziyyət gərgin və stabildir.
Bunu APA-ya açıqlamasındaMüdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə vəXocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.
Xəbərfakt.Az