Efirdə qonaq elə sözlər dedi ki, aparıcı “burada verilişi saxlayıb, sağollaşaq” söylədi – VİDEO
“Space TV”-də yayımlanan “El bizim, sirr bizim” verilişində “Biz niyə xoşbəxt ola bilmirik?” mövzusu ərtafında müzakirələr aparılıb.
azia.az xəbər verir ki, proqramın aparıcısı Elçin Əlibəyli ailənin xoşbəxtliyini evin xanımı ilə əlaqələndirib. Onun sözlərinə görə, qadın xoşbəxt olarsan ailədə də eyni vəziyyət hökm sürər:
“Ailəyə bütün xoşbəxtliyi, sevinci qadın gətirməlidir. Çünki qadının mesajı budur. Amma bizdə qadınların başı başqa şeyə qarışıb. Yalnız əri də, övladları da mənfi yükləyirlər. Əri çərlədirlər, o, məcbur olur ki, xoşbəxtliyini kənarda axtarsın. Ya getsin yeyib-içmək məclisinə, ya çayxanaya dostlarıyla otursun. Ən pis halda özünə kənarda bir xoşbəxtlik qura bilsin. Bunu edən Azərbaycan qadınlarıdır”.
Qonaqlardan jurnalist Nuranə Abdullayeva isə onunla razılaşmayıb və aparıcının qadınları ucuzlaşdırdığını söləyib:
“O zaman kişilər də qadınları xoşbəxt eləsin. İki çörəyi evinə gətirməyən kişi məni necə xoşbəxt edə bilər? Kişi qazanıb ailəsini saxlaya bilmirsə, qadın başqasının əyninə, yeməyinə baxırsa…”
Elçin Əlibəyli onun çıxışı zamanı “vəssalam, bax, burada verilişi saxlayıb sağollaşmaq olar” deyib. Aparıcı bunu verilişin mövzusunun sualına cavab tapması ilə izah edib.