azia.az
azia.az

Sumqayıt səhiyyəsində nələr baş verir

6-03-2016, 13:23

Sumqayıt səhiyyəsində nələr baş verir Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin 1 hissəsində bildirilir: - Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Yenə də Konstitusiyanının müvaviq maddələrinin tələblərinə görə dövlətin təmsilçisi Azərbaycan Respublikasının Prezidentidir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunununda yazılır:
- Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Möhtərəm prezidentimiz İlham Əliyev cənabları demokratik inkişaf yolu tutmuş ölkəmizin iqtisadi inkişafı namınə apardığı uğurlu islahatların nəticəsi olaraq əhalinin sosial rifahının yaxşılaşması istiqamətində müxtəlif Dövlət Proqramlarının qəbul edilməsi üçün fərman və sərəncamlar imzalamışdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyə sektorunda da uğurlu islahatlar aparılır. Əhalinin sağlamlığının etbarlı qorunması istiqamətində səhiyyə ocqlarının müasirləşdirilib, yeni texnalogiyaların tətbiqi istiqamətində uğurlu addımlar atılmaqdadır.
2015-ci il oktyabr ayında Prezidentin tapşırıqı əsasında MTN-də aparılan yoxmalardan sonra məlum oldu ki, bəzi idarə müəssisə rəhbələri onlara göstərilən etimaddan sui-istifadə etdərək büdcə vəsaitinin mənimsənilməsi hallararına yol verirlər.
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezidentimiz yekun nitqində demişdir:
“Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələbilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlərgörülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.
Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin nəzdində aşağıdakı səhiyyə ocaqları fəaliyyət göstərir:
- 1 saylı xəstəxana (Təyinatı: Müalicə profilaktika işi; Tutumu: 460 çarpayı)
- 2 saylı xəstəxana (Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım; Tutumu: 400 çarpayılıqdır)
- 3 saylı xəstəxana (4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları)
- Bərpa xəstəxanası (Tutumu: 190 çarpayı; o cümlədən, Terapiya şöbəsi: 60 çarpayı, Nevrologiya: 60 çarpayı, Cərrahiyyə: 40 çarpayı, Kardiologiya: 30 çarpayı. Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir.)
- Akademik U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana (Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət; Xəstə tutumu: 120 çarpayı)
- Uşaq xəstəxanası (Təyinatı: Çox profilli uşaq xəstəxanası; Xəstə tutumu: 320 çarpayılıq)
Redaksiyamıza daxil olan məlumatı araşdırmaq məqsədilə KİV haqqında qanun 8-ci və 11-ci maddələrinin tələblərinə uyğun olaraq redaksiyamıza daxil olmuş məlumatı araşdırmaq məqsədilə Sumqayıt şəhər Səhiyyə İdarəsinin rəhbərliyi ilə əlaqə saxlayıb 2014 – 2015-ci illərdə ayrı-ayrı xərc maddələri üzrə keçirilmiş tenderlərin qalibləri və digər informasiyaların verilməsi barədə xahişimiz nəticəsiz qaldı.
Sumqayıt şəhər Səhiyyə İdarəsinin rəhbərliyi möhtərəm prezidentimiz İlham Əliyev cənablarının KİV nümayəndələrinin sorğularına rəsmi şəkildə cavab verməli olduqları vəzifələrini dəfələrlə açıq şəkildə vurğulamağına baxmayaraq bəzi məmurlar kimi Səhiyyə İdarəsinin rəhbərliyi də Prezidentimizin göstərişlərini və qanuunun tələblərinə laqeyd yanaşırlar...
Araşdırmamız davam edir.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.

Sakit Şirinoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi