azia.az
azia.az

BU GÜN Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümüdür -BAYRAMINIZ MÜBARƏK!!!

Bu gün, 10:06

BU GÜN Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümüdür -BAYRAMINIZ MÜBARƏK!!! 

  Aasayişimizin keşiyində duran Azərbaycan Polisinə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı davam etdirilməkdədir. 

Azərbaycan Polisinin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm” ifadəsi, Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə  yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların fəaliyyətinə stimul verir.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu gün 2 iyul Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümüdür. Həmin gün Dövlət səviyyəsində təntənə ilə qeyd edilir. 

Qeyd edim ki, Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində əhəmiyyətli rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib.. 

Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi daxil olub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhid oldu. 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülüb.

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazaya malik, ictimai asayişin, hüququn aliliyinin qorunduğu və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır…

DİN-nin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumaqla yanaşı, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini əzmlə həyata keçirir. Həmçinin uşaqlarla nizam-intizamın təşkili, narkotiklərlə mübarizəni, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Bu mənada nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər nazirliyinin bütün əməkdaşlarını PEŞƏ bayramı münasibəti ilə təbrik edirik.

Subut Mehdiyev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Azia.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi