azia.az
azia.az

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

Bu gün, 16:41

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.

Xəbər verilir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-i Xaçmaz rayonu, Köhnə Xudat kənd qəbiristanlığında;

Kamalov Bahadur Məhəmməd oğlu iyulun 3-ü Kəlbəcər rayonu, Zar kəndi, yeni  qəbiristanlığında;

Babayeva Mədinə Rəhim qızı iyulun 3-ü Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında;

Əhmədov Rauf Əjdər oğlu iyulun 3-ü Goranboy rayonu, Sarov kənd qəbiristanlığında; 

Musayev Dəyanət Salik oğlu iyulun 3-ü Ucar rayonu, Boyat kənd qəbiristanlığında;

Əliyev Möysüm Murad oğlu iyulun 3-ü Füzuli rayonu, Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi