azia.az
azia.az

Özbəkistan suveren İslam istiqrazlarının buraxılışına başlayır

Bu gün, 12:04

Özbəkistan suveren sukuk (İslam istiqrazları) buraxılışı proqramının icrasına başlayacaq.

 

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumunun açılışında bildirib.

 

Onun sözlərinə görə, son illərdə ölkə beynəlxalq bazarlarda 16 milyard ABŞ dollarından çox məbləğdə istiqrazlar yerləşdirib, həmçinin milli valyutada korporativ avroistiqrazların buraxılışına başlayıb.

 

Özbəkistan Prezidenti qeyd edib ki, 13 strateji müəssisənin aktivlərinə sahib olan Milli İnvestisiya Fondunun səhmlərinin 30 %-i Daşkənd və London fond birjalarında yerləşdirilib: "Bu yerləşdirmə London fond birjasında son beş ildə ən böyük IPO oldu. Hazırda həmçinin bir sıra iri şirkətlərin IPO-suna hazırlıq işləri aparılır".

 

Onun sözlərinə görə, kapital bazarının daha da inkişafı üçün "Kapital bazarı haqqında" və "Alternativ investisiya fondları haqqında" qanunların qəbul edilməsi planlaşdırılır: "İnvestisiya axınlarının şaxələndirilməsi üçün biz suveren İslam istiqrazlarının - sukukun yerləşdirilməsi proqramının icrasına başlayırıq".

 

Ş.Mirziyoyev qeyd edib ki, bu tədbirlər gələcəkdə yerli müəssisələrə ən azı 10 milyard ABŞ dolları əlavə kapitalın cəlb edilməsinə imkan verəcək.Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi