Şafkat Mirziyoyev Qaraqalpakstan məsələsində niyə geri addım atdı?
Dünən də yazdıgım kimi,Qaraqalpakstan Muxtariyyətində etiraz aksiyalarının arxa planında Rusiya durur.Yenə də eyni fikirdəyəm,lakin bəzi detallara,nüanslara aydınlıq gətirmək istəyirəm.
Özbəkistanın şimal-qərbində yerləşən Qaraqalpakıstan olduqca vacib geostrateji cografiyanı əhatə edir.Qaraqalpakıstan təxminən iki Azərbaycan böyüklüyündə bir regiondur və Özbəkistan konstitusiyasında xüsusi statusa sahibdir.Özbəkistan konstitusiyasının 17-ci maddəsinə əsasasən,qaraqalpaqlar referendum yoluyla öz müqəddəratlarını təyin edə bilərlər.Lakin burda bir məqamı da unutmamalıyıq ki,Qaraqalpakıstandakı etnik qaraqalpakların sayı elə özbəklərlə eynidir.Üstəlik,türkmən və qazaxların da sayı az deyil.
Özbəkistan prezidenti Şafkat Mirziyoyev qarşıdan gələn ayların birində referendum keçirərək,konstitusiyaya müəyyən əlavələr və düzəlişlər etmək niyyətində idi.Mirziyoyev istəyirdi ki,Özbəkistan konstitusiyasının Qaraqalpakstanla baglı 17-ci maddəsini aradan qaldırsın.Ancaq Ş.Mirziyoyev hökumətinin təklif etdiyi konstitusiya dəyişiklərində insan hüquqları ilə baglı əlavələr və prezidentlik müddətinin 5 ildən 7 ilə çıxarılması da vardı.Əgər konstitusiya dəyişiklikləri referendumda qəbul olunsaydı,Qaraqalpakıstanın muxtar statusu ləgv ediləcəydi.
Məsələ bundan ibarətdir ki,Özbəkistan hətta keçmiş prezident İslam Kərimovun vaxtında da Qaraqalpakstanın statusunu ara-sıra gündəmə gətirirdi.İndi Şafkat Mirziyoyev hökuməti də düşünür ki,Qaraqalpakstanın muxtariyyəti Özbəkistanın daxilində "mina"dır və nə vaxtsa partlaya bilər.Ola bilsin ki,Ş.Mirziyoyev elə zənn etdi ki,Rusiya prezidenti V.Putin Tatarıstanın muxtariyyətini ləgv etdisə,o da eyni ssenarini Qaraqalpakstanda da edə bilər.Ancaq bir detal var ki,bu,çox kritikdir;Qaraqalpakistanın yerləşdiyi geostrateji bölgə və Rusiyanın buna münasibəti.Güman edirəm ki,Özbəkistan iqtidarı həm də bu iki mühüm detalı o qədər də ciddiyə almadı.
Qaraqalpakstanın paytaxtı Nukusda cümə günü başlayan etiraz aksiyaları kütləvi xarakter ala bilmişdi.Bu səbəbdən,Özbəkistan prezidenti dünən-şənbə günü Nukusa səfər etdi və dedi ki,referendumda Qaraqalpakstanın statusu ilə baglı konstitusiya maddəsi mətndən çıxarılacaq.Əgər Ş.Mirziyoyev Nukusa gəlməsəydi,Rusiyanın da fitvası ilə proseslər daha da gərginləşə bilərdi.Məncə,Ş.Mirziyoyevin Nukusa gələrək qarqalpaklara söz verməsi həm də Rusiyaya bəhanə verməmək idi.
Lakin Qaraqalpakstan mövzusu gələcəkdə də Rusiyanın əlində Daşkəndə təzyiq etmək üçün bir rıçaq olaraq qalmaqda davam edəcək.Kreml Mərkəzi Asiyadakı hegemoniyasını qorumaqdan ötrü separatizmdən qətiyyən imtina etməyəcək.
Kamal Aliyev, politoloq