azia.az
azia.az

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması vaxtı açıqlandı - Rəsmi

Dünən, 18:14

Ermənistanın Maraqlara keçid məntəqəsi ilə  Türkiyənin  İqdır bölgəsinin Qaraqoyunlu rayonun  Alican sərhəd keçid məntəqəsində işlər 90 faiz başa çatıb.

Ölkə.az  xəbər verir ki, Alican keçid məntəqəsində gömrük üçün bina tikilir  və digər prosedur işlər həyata keçirilir. Artıq Ermənistandan   Türkiyəyə gələcək  şəxslərə İqdıra və ətraf bölgələrə səfər etmələri barədə reklam elanları da quraşdırılıb.

İqdır Valisi Ercan Turanın sözlərinə görə, sərhəd keçid məntəqəsinin yanvar ayının  sonunda açılması planlaşdırılır. 

"Bizim planımıza uyğun olaraq sərhəd keçid məntəqəsini bu ayın sonunadək xidmət üçün açılmasına çalışırıq.  Ayın sonunadək bu ərazi  Ticarət Nazirliyinin tabeçiliyinə veriləcək",- vali qeyd edib.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi