C.Naxçıvanski adına Hərbi Liseydə "Həmrəylik Günü” belə qeyd olunub-"QARA PİYAR AYAQ TUTDU, AMMA YERİMƏDİ"
Ötən gün mediada Xətai rayonunda yerləşən Hərbi Liseydə keçirilən tədbiri cəmiyyətə başqa cür təqdim eləməyə çalışan qruplar əsil həqiqəti görməzdən gəldilər. Biz də jurnalist və ən əsası vətəndaş olaraq baş verənləri araşdırdıq. Əslində heç araşdırmaya da ehtiyac yox idi. Çünki həqiqət göz qabağındadır. İndi sizə təqdim edəcəyimiz material tədbir barədə məlumatları özündə tam əks elətdirir. Eyni vaxtda qonaqlarla birlikdə tədbir keçirilən məkana deputatlar, liseyin rəhbərliyi və digər qonaqlar daxil olur. Bütün bu yayılan təbliğat və qara kompaniya kimlərinsə qara planlarının tərkib hissəsi kimi görünür. Nəvar-nəvar Xalq Artisti Röya Ayxan təmtəraqla qarşılanıb.
Bu yanaşma doğru yanaşma deyil. Haqqında tirajlanan qara piyar Qarabağ qazisi barədədir. Əlbəttə ki, qanunu pozmaq qaziliik statusu olanlara yaşıl işıq yandırmır. Xatırladaq ki, Liseyin rəhbəri də qazidir. Niyə yazılmır ki, bu tədbir qazi, şəhid və döyüşlərdə iştirak edən qəhrəmanların məktəbdə təhsil alan uşaqlarının şərəfinə təşkil olunmuşdu. Niyə?
"QARA PİYAR AYAQ TUTDU, AMMA YERİMƏDİ" DEYİMİ BURADA LAP YERİNƏ DÜŞÜR.

İndi biz ötən gün keçirilən tədbir barədə rəsmi məlumatı sizlərə təqdim edirik.

Xatırladaq ki, Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev, liseyin müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. 
Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.
Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb.
Subut Mehdiyev,
Azia.az