azia.az
azia.az

Bu İdarə Bərdədən Xankəndiyə köçürülür

Bu gün, 15:50


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür.  


Xəbər verilir ki, Azərbaycan Prezidenti İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli Fərmanında dəyişiklik edib. 

 

Dəyişikliyə əsasən, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək. 

 

Nazirlər Kabineti və Dövlət Komitəsi Fərmandan irəli gələn məsələləri həll etməlidir. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi