azia.az
azia.az

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib - VİDEO

21-06-2025, 00:19

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşıb edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq”.

Qeydə edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi