azia.az
azia.az

Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

17-07-2017, 11:14

Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?


Şəfayət Əliyev

Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi

Burası 44 saylı məktəbin yanında fəaliyyət göstərən Tibbi Pedoqoji Psixoloji Komissiyadı.Yəni burası hər nədirsə orta məktəbə yenicə qədəm qoymaq istəyən, lakin sağlamlıqları baxımından bu “görəvə” layiq olmayan balalarımızın taleyini həll edən “KOMİSSİYA”dır. Əslində tarixi baxımından çox bənzər əhvalatları yada salır- bu komissiyanın mənzərəsi. Hər kəs ki, bura təşrif buyursa qapıdan ta içəri girmək imkanlarına malik olsa belə, bura ya Sovetlər İttifaqının dağılma ərəfəsindəki çörək növbəsində özlərini dəlik –deşik edən Azərbaycan mənzərəsini xatırladır, ya da hərbi xidmətə yola salınan məşur “BİLƏCƏRİ”..ni. Nədir bu abu-hava? Görünən odur ki, HƏR 2-Cİ VƏ 5-Cİ GÜNLƏR BURADA Tibbi Psixoloji Komissiya çalışır və Sağlamlıq imkanları məhdud uşaqlar üçün rəy verir.Hər səhər ora axışan minlərlə valideyn, nənə, baba, əmi, dayının qışqırıq və ah-vay səsləri, bu isti yay günlərində havasız bir koridor boyunca söyüşün “qəhqəhə”si- Bakının bu yerində yeni sabahı qarşılayır.Nədir bu mənzərə? Kohnə “Qorotdel”dənmi miras qaldı, yoxsa bu binanın ruhlarımı hopdu səhərlərin açılışına!



Burası Bakı Şəhəri Səhiyyə İdarəsinin Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır. Hər səhər 3və 5ci günlər saat 4-dən bura insanlar axışır. Hərənin əlində növbə siyahısı. Bu siyahının uzunluğu ta gələn ilə qədər uzana bilir. Ordan qışqırıq səsləri gəlir-mənim növbəm neçədi?-burdan yuxusuz qalmağa məhkum edilmiş uşaqların ağlaşması! Buradan keçən nabələd insanın heyrət dolu baxışları! Nədir bu? Valideynlərin əllərindən yapışmış bu uşaqların hara düşdükləri, nədən bu dəlixanaya gəldikləri heyrəti içindədirlər. Onların sual dolu baxışlarını süzdükcə insanın ürəyinin başı sızıldar. Sağlamlıq imkanları məhdud uşaqların ilk gördüyü bü mənzərə əsl psixoloji travma yaşatmırmı?

Bax budur Tibbi komissiyanın 2-ci və 5-ci günlərinin mənzərəsi.44 saylı orta məktəbin həyətində həftənin həmin günlərində burada nə xarici maşınlar dayanır, nə də varlı adamlar. Bura gələnlər xəstəliyə düçar olmuş kasıb valideynlərin balalarını hardasa təhsilə cəlb etmək çırpınışlarıdır.Bu səslər, bu qışqırıqlar gələcəyinə o qədər də arxayın olmayan valideynlərin son çırpınışlarıdır.

Əslində bu yazının mahiyyətini başqa səmtə də yönəltmək olar.Məsələn ölkəmizin inkişaf strategiyası nədən bu sahəyə heç gəlib çıxmayıb? İndi ölkəmizdə növbəlik prinsiplərinin yeni qaydaları mövcud olduğu halda, nədən bu mənzərə ilə qarşı-qarşıyayıq? Hər bir nazirlik və idarə, komitələrin qəbul günləri, yaxud onlayn növbəlik prinsipləri və ələlxüsus da ölkəmizdə xidmət sahələrinin inkişaf modelinin yeni meyarları olduğu halda nədir bu mənzərə? Bildiyimiz kimi ASAN xidmət yaradıldıqdan sonra bir çox problemlər artıq arxada qalıb. Hətta bu xidmət evlərə getmək və insanların bu cür problemlərinin aradan qaldırılması istiqamətində əvəzsiz xidmətlər göstərir.Nədən bu cür xəstə uşaqların hər səhər yuxusuz qalmasına “şərait”yaradırıq?, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri fəaliyyət göstəri Bildiyimiz kimi Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn bir çox müasirr və bu proses Mehriban Əliyevanın hər zaman diqqəti və qayğısı altındadır.Bu baxımdam uşaq sanatoriyalarının fəlaliyyəti , müasir avadanlıqlarla təchiz olunmasını da qeyd etmək vacibdir.

Və nəhayət bu istiqamətdə dövlətimizin gördüyü işlərin fövqündə bu cür mənzərəni “yaradan”lar nədən düşünmürlər ki, köhnə Biləcəri, köhnə avtobus növbələri ötən əsrdə qaldı.



Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?
Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi