Təzə postun və məkanın mübarək, Hüseynbala
Bu gün təsadüfən pressday.az saytında Azər Hüseynbalanın “Mətbuatın qara ləkələri” başlıqlı məqaləsinə rast gəldim.
Məqalənin girişindəcə müəllifin “dövlətimə və millətimə xidmət edirəm… indiyədək heç bir yazımda milli və dövlət maraqlarından başqa digər məsələ barədə düşünməmişəm… mənimlə eyni əqidədə olan və dövlətçiliyimizə xidmət edən həmkarlarım” kimi bəsit, səviyyəsiz, primitiv “tost”ları oxuyanda anladım ki, bu adam əsl media adamı deyil, ən yaxşı halda media manısı, mətbuat maralıdır. Bir sözlə, manısdır.
Bir cümlənin içində neçə dəfə “millətimə sadiqəm…dövlətimə bağlıyam…vətənimi sevirəm” demək olar?
Əlbəttə vətənə bağlılıq ülvi hissdir.
Amma yazıdan açıq-aşkar hiss olunur ki, bununku vətənpərvərlik deyil, nəsə başqa şeydir.
Səhv etmirəmsə Tolstoy deyirdi ki, saxta vətənpərvərlik əclafların son sığınacaq yeridir.
Deyəsən Azər Hüseynbala da Azərbaycan mətbuatında batırmadığı yer qoymayıb və indi gəlib sığınıb pressday.az-a.
Bu adam görəsən məqaləni niyə belə “yüksək patriotik” ruhda başlayıb?
Çünki aldığı “sifariş”i bəri başdan “sığortalamağa” çalışır ki, cidanı çuvalda gizlədə bilsin.
Oxuyanlar desin ki, Azər Hüsenbala guya reket jurnalistikaya qarşı mübarizə aparır. Azər Hüseynbalanın kimin zurnasını pülədiyi barədə bir az sonra.
Azər Hüseynbala məqalə boyu “25 ildir jurnalist işləməyindən…peşəkar jurnalist olmağından…MTN çetesindən…mətbuatı bu hala salanlar barədə…” məzmunsuz, rabitəsiz cümlələr qondarır.
Azər Hüseynbala unudur ki, Azərbaycan mətbuatını bu günə qoyanlar elə onun özü və onun kimi firqədaşları olub. Azərbaycan mətbuatını uzun illər “İqtidar qaçır…X günü çatır…Biz gəlirik..” kimi boşboğaz, mənasız söz yığınına çevirən Azər Hüseynbala kimilər indi azad medianın “təəssübkeşi” olublar. Azər Hüseynbala kimilər başlarını soxublar bəzi məmurların paçasısının arasına, arxalarından xəbərləri yoxdur.
Dünənə qədər korrupsioner, antimilli dediyiniz məmurların çörəyini yeyirsiniz, özünüzü də “milli marallar” kimi aparırsınız.
Əslində hamı gözəl bilir ki, Azərbaycan mətbuatına reketçiliyi kimlər gətirib. Bunu Hüseynbala da gözəl bilir. Ancaq bunu deməyə onun cəsarəti çatmaz.
Və əslində Hüseynbalanın məqsədi reketçiliklə-zadla mübarizə də deyil.
İndi isə gələk mətləb üstünə.
Yuxarıda qeyd etdim ki, Hüseynbalanın kimin zurnasını püləməsi barədə yazacağıq.
Azər Hüseynbala adaşı Hüseynqulunun ( söhbət “ekonazir”dən gedir ) barəsində yazan saytları hədəfə götürüb. İndi Azər Hüseynbalanın başının hardan çıxdığını gördünüz?
Bəli, Azər Hüseynbalanın öz məqaləsində adını çəkdiyi qafqaznews.az saytı ekologiya və təbii sərvətlər nazirliyinin neqativ fəaliyyəti və nazir Hüseynqulu Bağırovun əməlləri, nazirliyin aparat rəhbəri Rövşən Cəlilovun MTN-lə bağlı müəmmalı fəaliyyəti barədə silsilə yazılar dərc edib. Dəfələrlə bu yazıların saytdan çıxarılması üçün nazirlikdən xahiş ediblər. Məhz bu yazılara görə, Azər Hüseynbala ekonazirdən sifariş alaraq bu məqaləni yazıb. Və yazını da patriotik cümlələrlə doldurub ki, sifariş hiss edilməsin.
Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirik ki, uzun müddət bəzi məmurların sifarişlərini yerinə yetirən (“İdeal”ın baş redaktoru ) Nazim Quliyev, (““Bizim dövr”ün baş redaktoru) Surxay Əliyev, (“Gündəlik Bakı”nın baş redaaktoru) Habil Vəliyev həbsdə olduqları üçün hazırda ortada bir boşluq var.
Deyəsən bəzi məmurlar Azər Hüseynbalanı bu posta hazırlayır.
Postun mübarək, Azər Hüseynbala…
Legion İnformasiya Agentliyinin baş direktoru Araz Məmmədov