azia.az
azia.az

Astana Suriyaya ordu göndərmək xəbərinə reaksiya verdi

28-08-2017, 17:45

Astana Suriyaya ordu göndərmək xəbərinə reaksiya verdi


Qazaxıstan hərbi qüvvələrini Suriyaya göndərmək üçün heç kəslə danışıqlar aparmır.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdurrəhmanov deyib. O, həmçinin, Qazaxıstanın Suriya böhranını həll etmək üçün 4-5 iyulda Astanada keçiriləcək növbəti görüşdə bu və digər məsələlərə toxunulacağını qeyd edib.

Onun sözlərinə görə, yalnız BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı qətnamə qəbul etdikdən sonra ölkənin sülhməramlıları hər hansı bir ölkədə yerləşdirilə bilər.

Qeyd edək ki, bundan öncə Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov Qazaxıstan və Qırğızıstanla Suriyaya ordu göndərilməsi üçün danışıqlar aparıldığını açıqlayıb. O, hələlik tərəflərin məsələ ilə bağlı razılıq əldə etmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi