Rusiya prezidenti Vladimir Putin Türkiyədəki 15 iyun uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı danışıb.
“AzPolitika”nın məlumatına görə, Rusiya prezidenti “Putinlə müsahibə” adlı sənədli film üçün məşhur amerikalı kinorejissor Oliver Stouna verdiyi açıqlamada 15 iyun hərbi çevrilişə cəhdlə bağlı fikirlərini belə ifadə edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın hərbi çevrilişə cəhddə iştirakını heç vaxt mənə demədi. Amma mən bu məntiqlə çıxış edə bilərəm: Əgər Fəthullah Gülən həqiqətən də hərbi çevrilişə cəhddə iştirak edibsə, o zaman ABŞ-ın kəşfiyyat orqanlarının baş verənlərdən xəbərdar olmamasını təsəvvür etmək çox çətindir.”
Putin əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri Türkiyənin “İncirlik” bazasında yerləşir və bu baza qiyamda fəal iştirak edib. Beləliklə, Putin dolaysıyla ABŞ-ın Türkiyədəki çevrilişdə iştirak etdiyinə işarə edib.
Rusiya prezidenti daha sonra ABŞ-ın taktiki nüvə silahlarının Türkiyədə yerləşməsi ilə bağlı narahatlığını dilə gətirib.