azia.az
azia.az

Cinayət məkanı – Ağ Ev:özəl prokuror birbaşa şəxsən ABŞ prezidentini araşdırmağa başlayıb – Təhlil

27-09-2017, 15:41

Cinayət məkanı – Ağ Ev:özəl prokuror birbaşa şəxsən ABŞ prezidentini araşdırmağa başlayıb – Təhlil


Veyt Medik

Der Spiegel (Almaniya), 16.06.2017

Donald Tramp doğum gününün axşamı daha bir xüsusi vəzifəni yerinə yetirmək istəyirdi. Vaşinqtonun gündəlik qalmaqallarından uzaq önəmli bir görüşü. ABŞ prezidenti öz arvadı Melaniya ilə İskəndəriyyədəki hücim nəticəsində yaralanmış konqresmen Stiv Skelisə Corctaun xəstəxanasında baş çəkib. Lakin Tramp avtomobilə əyləşməyə macal tapmamışdı ki, “The Washington Post” onun üçün xoşagəlməz xəbərlər dərc edib. Rusiyaya münasibətdə təhqiqat üzrə özəl prokuror Robert Müller indi diqqətini təkcə prezidentin çevrəsinə deyil, şəxsən ona cəmləyib.

Trampın problemi nədədir?

Olduqca önəmlidir: bu məlumat bildirmir ki, Trampın bir ayağı sözün birbaşa mənasında həbsxanadadır. Müller nəzəri olaraq təhqiqatın sonunda nəticəyə gələ bilər ki, bunun üçün əsas yoxdur. Lakin Müller araşdırmanı genişləndirməklə milyarder üçün təhlükəni artırır. Özəl prokuror təkcə Trampın kampaniya komandasının Moskva ilə işbirliyi olub-olmadığını məsələsini nəzərdən keçirməliydi. O, indi prezidentin hüquq qaydalarına mane olub-olmadığı haqda məsələni araşdırır (o cümlədən Trampın özünün ifadələrinə görə). Bu, hüquqi baxımdan problem ola bilər, siyasi baxımdan isə artıq baş verib: 1998-ci ildə Bill Klinton hadisəsində olduğu kimi hüquq qaydalarına maneçilik mümkün impiçment prosesinin baş komponentidir. Və ehtimal ki, Müllerin bu cür imkanı araşdırması faktının özü fəal debatlara səbəb olacaq və demokratları səfərbər edir.

Bundan savayı, Müller Trampın ölkəni yönəltməyini xeyli qəlizləşdirir. O, təhqiqatın gedişində prezidentin planlarını formalaşdırmalı olan əksər müşavirləri sorğulayacaq. Və indi Ağ Ev cinayət məkanına çevrilərkən prezident və yaxınları daha diqqətli olmalıdırlar. Hər bir kəlmə onlara qarşı istifadə oluna bilər.

Hüquq qaydalarını əngəlləmək əlamətləri varmı?

Bəli, bir neçəsi. Bunlardan biri FTB keçmiş direktoru Ceyms Kominin ifadəsi olub. Komi keçən həftə Oval kabinetdə prezidentin təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Maykl Flinn barədə araşdırmanı dayandırmağı tələb etdiyi fevral görüşü barədə məlumat verib. Komi prezidentdən sitat gətirib: “Ümid edirəm ki, bundan əl çəkməyin hansısa üsulunu görürsünüz”.

Tramp bunu inkar edir, lakin bu halda onun sözləri Kominin sözlərinə qarşı qoyulduğundan həqiqəti müəyyən etmək çox çətin olacaq. Görəsən, danışığın səsyazısı və yaxud Kominin versiyasını təsdiqləyən şahidlər varmı?

Başqa bir çıxış mühüm nöqtəsi budur ki, Tramp Komini işdən çıxarmağı necə əsaslandırıb. Ağ Ev əvvəlcə bildirib ki, Kominin işdən çıxarılması Hillari Klintonun elektron poçtunun sındırılması işindəki fəaliyyəti və Ədliyyə Nazirliyinin tövsiyəsi ilə bağlıdır. Lakin Tramp o vaxtdan bəri ictimai şəkildə qeyd edib ki, o, işdən çıxarılmazdan qabaq “Rusiya məsələsi” üzərində düşünürmüş. Bu iddia Tramp üçün daha təhlükəli görünür, çünki bunu onun rahat yuxu yatmaq üçün müstəntiqdən yaxa qurtarmaq cəhdinin etirafına bərabər tutmaq mümkündür. Ola bilsin, bu, Müllerin şəxsən Trampdan yapışmağı üçün əsas səbəb olub.

Özəl prokuror hazırda necə hərəkət edəcək?

Müller bir neçə həftə ərzində məşhur və təcrübəli müstəntiq komandası yığıb və bəzi respublikaçıları əsəbləşməyə məcbur edib. Müller və komandası işə aid adamların hamısını sorğulayacaq. Bu, müəyyən vaxt apara bilər, lakin, görünür, özəl prokuror sürətli prosedurda maraqlıdır. Ehtimala görə, komanda bu həftə milli kəşfiyyat direktoru Den Koutsu və Milli Təhlükəsizlik Agentliyi başçısı Mayk Rocersi sorğuya tutacaq. Məlumatlara əsasən, Tramp hər ikisinə təzyiq göstərib ki, komandası ilə Rusiya arasında işbirliyinə dair heç bir sübutun olmadığını ictimai şəkildə bildirsinlər. Kouts və Rocers bu yaxınlarda Senat qarşısında çıxış edərkən prezidentlə söhbətləri haqda susublar.

Müller ikinci cəhd edə bilər və onlarac hədə-qorxu gələ bilər ki, şübhə doğuracağı halda ekspert heyəti qarşısında ifadə verəcəklər.

Müller üçün hər şeydən əvvəl Rusiya məmurları ilə şübhəli təmaslara görə diqqət mərkəzində olan adamlar, o cümlədən təhlükəsizlik üzrə keçmiş müşavir Flinn, kampaniyanın keçmiş meneceri Pol Manafort maraqlıdır. Ədliyyə naziri Ceff Səşns də önəmli şahiddir, çünki, yəqin ki, Kominin işdən çıxarılmağının daxili səbəbləri ona məlum olmalıdır. Müller araşdırmasının yeni fokusu prezidentin bütün yaxın müşavirlərinin, o cümlədən qərargah rəisi Rayns Pribus, mətbuat katibi Şon Spayser və baş strateq Stiven Bennonun sorğu-sual edilməsini nəzərdə tutur.

Tramp necə reaksiya verir?

Bu, həlledici sualdır. Prezidentin iki variantı var. O, Ağ Evi parçalamağa cəhd edə bilər. O, istisnasız olaraq öz planları ilə məşğuldur, vəkilləri və müşavirləri istisnasız olaraq Müllerin araşdırmasını necə leqal və aşkar şəkildə manipulyasiya etməklə məşğuldurlar. Bill Klinton ona qarşı Levinski işi aparılarkən bunu müvəffəqiyyətlə edib. Problem bundan ibarətdir ki, deyəsən, son bir neçə həftə ərzində Trampın beynində FTB təhqiqatından başqa heç nə yoxdur. O özünü ələ alsaydı, olduqca təəccüblü olardı.

Başqa variant özəl prokuroru azad etməkdir. Tramp daxilən bu cür manevrə səy edir. Görünür, düşünür kii, Müllerə ancaq bu cür hədə ilə təsir edə bilər. Müllerin azad edilməsi siyasi baxımdan son dərəcə təhlükəlidir. Çünki ardınca şübhələr meydana çıxacaq ki, prezident araşdırmadan can qurtarmaq istəyib və onun üçün pis xəbərlər yaranacaq. Xatırlayın, Riçard Nikson 1973-cü ildə Uotergeyt qalmaqalında özəl prokuroru işdən çıxardı. Son nəticədə onun iflasına səbəb bu addım oldu./Strateq.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi