azia.az
azia.az

Üzeyir Cəfərov: Artıq havadarları da bunların "iplərini" tam yığa bilmirlər...

14-06-2017, 11:59

Üzeyir Cəfərov: Artıq  havadarları da bunların "iplərini" tam yığa bilmirlər...


Son zamanlar Ermənistan hərbçilərindən Arkadiy Ter - Tadevosyanın ölkəmizin bəlli olan bir neçə mühüm nöqtələrini vuracaqları ilə bağlı yayılan məlumatlarına Azərbaycanlı Hərbi ekspert Üzeyir Cəfərov sərt açıqlama verib.

azia.az Üzeyir Cəfərovun sosial şəbəkə vasitəsilə yazdığı açıqlamasını olduğu kimi dərc edir:

"Əziz dostlar! Hörmətli həmkarlar!
Ermənistan ordusunun ən sarsaq və axmaq hərbçilərindən biri, özünü hansısa "komandos" ləqəbi ilə tanıtmağa cəhd edən giydirmə general-mayor Arkadiy Ter-Tadevosyan bu gün yenə ağlına və ağzına gələni danışıb. Bilirəm ki, onun bu sərsəmləmələrini yəqin ki, mətbuatda olan dostlarımız bir balaca incələməyə çalışacaqlar. Ona görə də, öz fikirlərimi burdan yazmağı qərara aldım ki, sizləri də bir balaca məlumatlandırım.
Bəri başdan deyim ki, hər zaman olduğu kimi bu sarsaq erməni, yenə öz ənənəsinə sadiq qalaraq cəbhə bölgəsində baş verənlərə görə Azərbaycanı günahlandırmağa çalışıb. Yəni, oğru elə qışqırıb ki, doğrunun bağrını yarmağa cəhdlər edib.
Bu sarsaq deyib ki, əgər Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müharibəyə başlasa, onlar ölkəmizin bəlli olan bir neçə mühüm nöqtələrini vuracaqlar. Və sözünü də onunla əsaslandırmağa cəhd edib ki, guya onların hədəflədiyi həmən o "vacib nöqtələr" elə mühüm əhəmiyyətə malik obyektlərdir ki, onlara endiriləcək zərbələrdən sonra Azərbaycan yer üzündən silinəcək. Hədəf kimi də, erməni yaramazı neft və qaz infrastrukturlarını sıradan çıxaracaqlarını düşünürlər.
İndiyə kimi, az qala "həftə səkkiz, mən doqquz" gah Mingəçevirdəki SES-i, gah da Bakı-Tbilisi-Ceyhan neft kəmərini az qala 50-100 dəfə, bəlkə də çox "vuran" bu və bunun ağlında olan erməni general və siyasətçiləri, indi də bizi Bakı və ətrafdakı neft rezervuarlarını partlatmaqla hədələmək variantına keçiblər. Bu erməni axmağı indi də Azərbaycanı tam yeni bir əməldə- İrəvanı zəbt etmək niyyətində olması ilə şantaj etmək kimi hədyanlar səsləndirib. Aydın məsələdir ki, onun məqsədi yalandan da olsa, Azərbaycanı gözdən salmaqdır. Hərçənd ki, özü də gözəl bilir ki, bu gün ölkəmizin qarşısında duran bir nömrəli vəzifə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunması məsələsidir. Bu haqqı heç kim bizə qadağan edə bilməz və inşallah tez bir zamanda həlli uzanan bu münaqişə də ədalətli şəkildə həllini tapacaqdır.
Jurnalistin Arkadiy Ter-Tadevosyana ünvanladığı suallarından və verilən cavablardan hiss olunur ki, ermənilər çox çaşqın və qorxu içindədirlər. Özü də, onlar indi əvvəlki illərdən fərqli olaraq biri birini daha çox ittiham edir və işğal altında olan ərazilərimizi qaytarmağa cəhd edəcək şəxsləri vətən xainləri kimi qələmə verməyə çalışırlar. Sizi yormamaq üçün bu sarsağın söylədikləri fikirlərə qısa bir vaxt ayırıb tanış olsanız, özünüz də görüb hiss edəcəksiniz ki, Ermənistanın daxilində çox böyük əsəbilik və çaşqınlıq hökm sürür. Artıq onların havadarları da bunların "iplərini" tam yığa bilmirlər. Proseslərdən bir balaca məlumatlı olduqlarına görə, onlar Moskvanı da satqınçılıqda, Azərbaycanın mövqelərini daha çox müdafiə etməkdə suçlayırlar.
Bir sözlə, bədnam qonşularımızın daha çox güvəndiyi və ümid etdikləri bu Arkadiy Ter-Tadevosyan tipli sərsəm generallarının açıqlamalarından hiss olunur ki, vəziyyət onlar üçün heç də ürəkaçan deyil. Və əsla mən bu fikirləri özümüzü sakitləşdirmək, arxayın salmaq üçün yazmıram.
Tanrı bizi bu cür sarsaq və axmaq qonşulardan hifz eləsin!
P.S. Erməni sarsağın sayıqlamaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
http://www.lragir.am/index/rus/0/interview/view/56325."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi