azia.az
azia.az

Uşaqların zəhərlənməsinə suyun səbəb olduğu təsdiqlənir - Rəsmi

12-06-2017, 16:39

Uşaqların zəhərlənməsinə suyun səbəb olduğu təsdiqlənir - Rəsmi


Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “Rotavirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA-ya bildirib ki, Azərsu ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərdə su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərində su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.

Onun sözlərinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir: “Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə keçib. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələr davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq”.

Qeyd edək ki, az öncə Səhiyyə Nazirliyi yaydığı məlumatda uşaqlar arasında infeksiyasının yayılmasına suyun səbəb olduğunun ehtimal edildiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi