Amerika Paris iqlim müqaviləsindən çıxdığına görə heç kimdən üzr istəməməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Skot Pryuit söyləyib.
“Biz Paris müqaviləsinə qoşulanda dünya bizi alqışladı. Bilirsiniz niyə? Məncə onlar bilirdilər ki, bu bizim ölkə üçün zərərlidir. ABŞ çoxdan havaya atılan karbonun azaldılması ilə bağlı lazımı tədbirlər görüb” – deyə o bildirib.