azia.az
azia.az

"Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsala əngəl yaradır"-DEPUTAT OD PÜSKÜRDÜ

27-11-2024, 08:34

“Neft Fondu ilə yanaşı əlavə iqtisadi artım mənbələri də tapmalıyıq”.

Xəbər verilir ki, bunu deputat Əli Məsimli Milli Məclisin ÖTƏN GÜN keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Bundan başqa, monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsala əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edib rəqiblərini sıradan çıxarırlar. Monopolistlər hansı yerdə gəlir görürlərsə, ora əl qoyurlar və çox insan buna görə evinə çörək apara bilmir. Həmçinin korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir, ədalətli məhkəmə sisteminin formalaşdırılması vacibdir”, – deyə Ə.Məsimli bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi