İranla Türkmənistanın sərhədi yaxınlığında zəlzələ baş verib.
azia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Sinxua agentliyi məlumat verib.
Zəlzələ nəticəsində azı 3 nəfər həlak olub, 225 nəfər xəsarət alıb.
Məlumata görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, qaz və su təchizatı pozulub, əhalisinin bir hissəsi rabitəsiz qalıb.
Təbii fəlakət yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyir.
Qeyd edək ki, daha əvvəl Türkmənistan və İran sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələnin baş verdiyi haqda məlumat verilib. Sinxua agentliyinin məlumatına görə, zəlzələ nəticəsində bir neçə bina, Şimali Xorasan əyalətinin inzibati mərkəzi, həmçinin regionun bir sıra kəndlərinin evləri dağıdılıb.
Vüsalə Qələndərli