azia.az
azia.az

İki lider qərarını verdi- tezləşdirək!

14-05-2017, 09:22

İki lider qərarını verdi- tezləşdirək!


Ərdoğan və Si Cinpin, 3-cü Nüvə Stansiyası Layihəsini Sürətləndirmək Qərarı verdi

azia.az bildirir ki, Rəcəb Tayyib Ərdoğan ilə Çin Dövlət Başçısı Si Cinpinlə, son iki il ərzində dördüncü dəfə görüşdü. Bu gün keçiriləcək Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində bir araya gələn iki lider nüvə stansiyası, turizm, ticarət, liman təsərrüfatı və gəmiqayırma kimi məsələləri müzakirə edib. Görüşdə üçüncü nüvə stansiya layihəsinin gündəmə gəldiyi öyrənildi. İki lider, bu layihəylə bağlı prosesin sürətləndirilməsi mövzusunda razılaşıb.
İki lider, 2018-ci ildə keçiriləcək Türkiyə-Çin ili çərçivəsində keçiriləcək hazırlıqları da müzakirə edib. Çin Dövlət Başçısı Si, Türkiyəni ziyarət edən çinli turist sayının getdikcə artdığını bildirərək, "Vətəndaşlarımızın Türkiyəyə getməsinə müsbət baxırıq" - dedi. Ərdoğan da 2018-ci ilin turizm baxımından bir fürsət olduğunu bildirib.
Prezident Ərdoğan, Çin Dövlət Başçısı Siyi Türkiyəyə dəvət edib.

Nargül Qələndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi