azia.az
azia.az

Deputatdan SENSASİON ANONS

10-02-2024, 15:25

“Özəl sektorda çalışanlarla əlaqədar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi nəzarət mexanizmi var. Çünki elə bir şərait yaradılıb ki, özəl sektorda çalışanların da əməkhaqqı nəzərə alınır. Çox vaxt özəl şirkətlərdə vergini az ödəmək üçün əməkhaqqını az göstərirlər, ikili mühasibat aparırlar. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarət mexanizmi həyata keçirilir - özəl şirkətlərə tövsiyələr verilib ki, maaşlar aşağı olmasın. Cənab Prezident and içəndən sonra əlbəttə, biz hamımız köklü dəyişiklikləri gözləyirik”.
Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

VAHİD.jpg (181 KB)

O xatırladıb ki, ötən 30 ildə Azərbaycanın əsas problemi Qarabağ məsələsi olub:
 
“Əsas məqsəd o olub ki, torpaqlarımız işğaldan azad edilsin. Məsələ öz müsbət həllini tapıb, ona görə də hesab edirəm ki, cənab Prezident daha çox daxili məsələlərə, sosial siyasətə önəm verəcək. Doğrudur, Qarabağda da böyük tikinti işləri gedir, bu da bizim üçün önəmlidir. Bu işlərə büdcədən ayrıca vəsait ayırmışıq. Lakin sosial siyasəti daha da dərinləşdirməyə ehtiyac var, istər müavinət olsun, istər şəhid ailələri, qazilər, istərsə də büdcədən, yaxud qeyri-büdcə təşkilatlarından maliyyələşən insanların əməkhaqlarında, gəlirlərində müəyyən problemlər öz həllini tapsın”.
 
Vahid Əhmədovun sözlərinə görə, bir sıra dövlətlərdə prezident seçkilərindən sonra hökumətdə də dəyişikliklər olur, yeni islahatlar həyata keçirilir, yeni nazirliklər formalaşır:
 
“Məsələn, bəzi dövlətlərdə nəzarət mexanizmini dəqiq həyata keçirmək üçün Milli Gəlirlər Nazirliyi yaradılır. Tövsiyə edərdim ki, Azərbaycanda da Milli Gəlirlər Nazirliyi yaradılsın. Vergi, gömrük və s. xərclər belə bir nazirliyin tərkibində olsun ki, nəzarət mexanizmi daha ciddi həyata keçirilə bilsin. Yəqin ki, 2024-cü ildə biz bu islahatların şahidi olacağıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi