azia.az
azia.az

Slavyan Universitetində nə baş verir? - İTTİHAM VAR

1-05-2017, 13:46

Slavyan Universitetində nə baş verir? - İTTİHAM VAR

Nurlana Əliyeva Bakı Slavyan Universitetinə (BSU) rektoru təyin olunduqdan sonra bu ali təhsil ocağında həyata keçirdiyi “islahatlar” ictimaiyyət tərəfindəın narazılıqla qarşılanmaqdadır. Xüsusən xanım rektorun işə başlar-başlamaz universitet binasının fasadındakı, dühalarımızın təsvirləri həkk olunmuş mozaikaları sökdürməsinə etirazlar səngimir. Bəlkə də bu üzdəndir ki, mozaikaları sovet dönəmindən qalma, köhnəlmiş olduqları ilə əlaqələndirib sökdürən rektorun indi onları yenidən bərpa etmək istədiyi bildirilir. Nəticədə Universitet tikinti meydançasına çevrilib ki, bunu da həm tələbələr, həm də ictimaiyyət narazılıqla qarşılayır. Elə saytımıza müraciət edən İxtiyar Hüseynov” adlı oxucumuz da bu narazılığını ifade edib. Onun müaraciətini olduğu kimi dərc edirik:

“Hörmətli azpolitika.info saytı!
Bakı Slavyan Universiteti haqqında saytınızda gedən bir neçə yazını oxuduqdan sonra Sizə məktub yazmaq qərarına gəldim. Mənim övladım buranı Universitetin kollecə çevrilməsindən qabaq bitirib. Buna çox sevinirəm. Övladımın təhsil aldığı illərdə bu universitetlə bağlı xeyli bilgilər əldə etmişəm.

Buranın hələ Sovetlər vaxtından formalaşmış professor-müəllim heyəti digər ali məktəblərdən fərqlənirdi. Övladımın təhsili ilə bağlı bir neçə dəfə bu ali məktəbdə olmuşam. Açığı bu universitetin fasadını bəzəyən mozaikaya hər dəfə baxdıqca zövq alırdım. Mozaikanın sökülməsini mətbuatdan öyrəndim. İlk ağlıma gələn söz “barbar” (yunanca barbaros-“hər cür yadelli”) oldu. Bu yaxınlarda təsadüfən universitetin yanından keçəndə elə bildim ki, buranı köçürüblər. Universitetin girişi tikinti meydançasına bənzəyirdi. Girişin haradan olmasını hər adam tapa bilməz.

Bura xanım rektor təyin olunandan sonra ancaq tikinti-söküntü işlərindən söhbət açılır. Tədris, təlim, islahatlar haqqında heç kim danışmır. Yaxşı tutaq ki, xanım rektor mozaikanın mahiyyətini anamırdı. Bəs bu universitetin Nuh əyyamından qalma prorektorları Rafiq Novruzov və Telman Cəfərov onu niyə başa salmadılar ki, bu söküləsi sənət əsəri deyil.

Öyrəndim ki, mozaikanı yenidən bərpa etmək istəyirlər.Ölkədə maliyyə qıtlığı yaşandığı bir vaxtda belə ağılsız işlərə niyə pul xərclənməli idi? Həmin pulu təhsilin keyfiyyətinə xərcləmək olmazdımı? Bir də ki, axı universitet sürətlə kollecə cevrilirsə orda hansı keyfiyyətdən danışmaq olar. Təhsil naziri mozaika məsələsinə görə rektora xəbərdarlıq etdi, ancaq “odda yanmaz, suda batmaz” prorektorların adları çəkilmədi. Çox adam elə bilir ki, rektor Rafiq Novruzovla Telman Cəfərovu Kollecdən gətirib. Çünki onlar Kollecdən Universitetə gətirilən kadrlara çox tez qaynayıb – qarışdılar. Bu iki şəxsi yaxşı tanıdığımdan bilirəm ki, onlar əvvəllər də zirək olublar.

Artıq ölkədə tələbə qəbulu prosesinə start verilib. Slavyan Universitetinin indiki durumu ilə tanış olan abituriyentlər buranı necə seçsinər? Onlar indiki vəziyyətdə Universitetin girişini tapmaqda çətinlik çəkəcəklər. Bir də ki, niyə əziyyət çəkib 4 il oxumalıdırlar. Kollecə çevrilən universitetə daxil olmaqdansa elə kollecin özünü seçmək daha əlverişlidir.
Hörmətlə, İxtiyar Hüseynov”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi