azia.az
azia.az

Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı

9-03-2017, 12:46

Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı


Sumqayıt Dövlət Universiteti bu gün tələbələri daşıyan mikroavtobusun dəhşətli qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

"Qaynar" universitetə istinadən xəbər verir ki, universitet hadisə ilə bağlı geniş informasiya yayacağını bildirib:

”Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin iki nəfər tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib. Hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi